"Qarabağ" Polşa millisinin qapıçısı Mateuş Koxalskinin transferini açıqlayıb.
90plus.az xəbər verir ki, "köhlən atlar" Polşa klubu "Stal Mielets"dən 24 yaşlı qapıçı Mateuş Koxalskini transfer edib. Onlar qapıçı ilə 3+1 illik müqavilə bağlayıblar. Mateuş keçən il Polşada ilin qapıçısı adına layiq görülüb.
Mateuş "Stal"a qədər "Legionoviya Legionovo", "Radomyak Radom" və "Legia Varşava"da çıxış edib.
24 yaşlı qapıçı Polşa millisinin aşağı yaş qruplarında əlcək sahibi olub. Mateuş bu il Avro-2024 üçün Polşa millisi ilə hazırlıq da keçib.
© Copyright 2024, All Rights Reserved