“Qarabağ” UEFA-da ən çox xal toplayan klubdur
“Qarabağ” Avropanı silkələyir – hazırda UEFA-nın ən çox xal toplayan klubudur.
90plus.az xəbər verir ki, cari avrokubok mövsümündə (2024/25) ümumilikdə 235 klub mübarizə aparır, lakin bu nəhəng rəqabətdə liderlik Azərbaycanın qüruru – “Qarabağ” klubuna məxsusdur.
UEFA-nın rəsmi məlumatına görə, Ağdam təmsilçisi 16.000 xalla bütün Avropa klubları arasında birinci yerdə qərarlaşıb.
“Qarabağ”ın toplanan xalları:
Beləliklə, Qurban Qurbanovun komandası bu mövsüm Avropanın ən stabil və uğurlu nəticə göstərən klubu kimi tarixə düşür.
UEFA-nın cari mövsüm üzrə ilk 5-lik:
1️⃣ Qarabağ (Azərbaycan) – 16.000
2️⃣ Pafos (Kipr) – 15.000
3️⃣ Arsenal (İngiltərə) – 14.000
4️⃣ Bavariya (Almaniya) – 14.000
5️⃣ İnter (İtaliya) – 14.000
Azərbaycan və Gürcüstan klublarının nəticələri:
Azərbaycan:
⚪️ “Sabah” – 2.500 xal
⚪️ “Araz-Naxçıvan” – 1.500 xal
⚪️ “Zirə” – 0.500 xal
Gürcüstan:
🔸 “Dila Qori” – 2.500 xal
🔸 “Torpedo” – 1.500 xal
🔸 “İberia 1999” – 0.500 xal
🔸 “Spaeri” – 0.000 xal
Ümumi vəziyyət:
Hazırda Azərbaycan UEFA ölkə reytinqində 15-ci, son beş ilin nəticələrinə görə isə 25-ci pillədə qərarlaşıb.
Əgər “Qarabağ”ın topladığı xallar olmasaydı, Azərbaycan hazırda Gürcüstanla birlikdə 49-cu yerdə yer alacaqdı.
“Qarabağ” bir daha sübut edib ki, təkcə Azərbaycan futbolunun deyil, həm də Avropanın sayılıb-seçilən klublarından biridir.
© Copyright 2026, All Rights Reserved