“Qarabağ”dan ayrılan Hamidu Keytanın yeni ünvanı məlum olub.
90plus.az xəbər verir ki, Seneqal əsilli fransalı hücumçu “Konyaspor”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Keyta Super Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd: 2023-cü ilin yayından Ağdam təmsilçisində çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), Azərbaycan Kubokunda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib.
© Copyright 2024, All Rights Reserved