“Qarabağ”dan Rauf Əliyevə 4 oyun cəza kəsildi
Rauf Əliyev dörd oyunluq cəzalandırıldı!
90plus.az xəbər verir ki, Qarabağ U-16 komandasının baş məşqçisi Rauf Əliyev dörd oyunluq cəza alıb.
Məlumata görə, cəzanın səbəbi mütəxəssisin “Neftçi” ilə matçın 45+3-cü dəqiqəsində hakimi təhqir etməsi olub.
Birbaşa qırmızı vərəqə alan Azərbaycan millisinin sabiq futbolçusu bu pozuntuya görə növbəti dörd oyunda komandaya rəhbərlik edə bilməyəcək.
Hadisə U-16 liqasında diqqət çəkib və müvafiq qurum tərəfindən rəsmi qaydada təsdiqlənib.
© Copyright 2026, All Rights Reserved