“Qarabağ”dan yeni transfer! Qurban Qurbanov açıqladı
RƏSMİ: YENİ TRANSFER! “Qarabağ” heyətini gücləndirdi.
90plus.az xəbər verir ki, Ağdam təmsilçisi heyətinə yeni futbolçu cəlb edib. “Qarabağ” Kiprin “AEK Larnaka” klubundan Jeremi Qnalini transfer etdiyini rəsmən açıqlayıb.
Klubdan verilən məlumata görə, 25 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb. Baş məşqçi Qurban Qurbanovun sözlərinə görə, futbolçu yaxın günlərdə Bakıya gələrək komandaya qoşulacaq.
Jeremi Qnali son mövsümlərdə “AEK Larnaka”nın heyətində stabil çıxışı ilə diqqət çəkib və “Qarabağ”ın orta xəttində rəqabəti daha da artırması gözlənilir.
© Copyright 2026, All Rights Reserved