"Qarabağ"ın futbolçusu La Liqa klubunun marağında

"Qarabağ" klubunun legioner futbolçuları hələ də xarici komandaların diqqət mərkəzindədir.
90plus.az xəbər verir ki, bu dəfə də yarımmüdafiəçi Aleksey Kaşukun Ağdam təmsilçisindən ayrılma ehtimalı gündəmə gəlib.
İspaniya La Liqasında çıxış edən klublardan biri 24 yaşlı hücum yönümlü futbolçunu qış transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.
Klubun adı açıqlanmasa da, onun La Liqada aşağı sıralarda yer alan komandalardan biri olduğu vurğulanır. Həmin klub Kaşuku mövsümün sonuna qədər icarəyə götürərək yayda tam transfer etmək hüququnu əldə etməyi planlaşdırır. İspan skautları isə mövsümün əvvəlindən etibarən ukraynalı oyunçunun çıxışını yaxından izləyir.
Xatırlatma: Ötən ilin əvvəlində "Malyorka"ya keçidi baş tutmayan Aleksey Kaşuk mövsümün əvvəlində "Qarabağ"la 3 illik müqavilə bağlamışdı.
© Copyright 2025, All Rights Reserved