"Qarabağ"ın "Çelsi" ilə oyunu ona tapşırıldı
Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Çelsi” oyununun hakim təyinatları açıqlanıb.
90plus.az xəbər verir ki, görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim – Sebastyan Qişamer,
Yan xət hakimləri – Roland Ridl və Santino Şreyner,
Dördüncü hakim – Valter Altmann.
VAR sistemində isə Manuel Şutenqryuber və Yozef Şpurni çalışacaqlar.
Qarşılaşma noyabrın 5-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.
© Copyright 2025, All Rights Reserved