"Qarabağ"ın daha bir futbolçusuna Avropadan təklif var

Yeni ildən sonra Olavio Juninyonu "Flamenqo"ya, Julio Romao isə "Ferensvaroş"a göndərən "Qarabağ"ın daha bir əsas futbolçusu Avropa klublarının diqqət mərkəzinə düşüb.
90plus.az xəbər verir ki, Xorvatiyanın məşhur klubu Zaqreb "Dinamo"su Marko Yankoviçə maraq göstərir və bu barədə menecerlər vasitəsilə Ağdam təmsilçisini məlumatlandırıb.
Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşaraq hər iki görüşdə qalib gələn xorvat klubu monteneqrolu yarımmüdafiəçi ilə danışıqlara başlamağa hazırdır. Lakin bunun üçün Marko Yankoviç özü də klubunu dəyişmək istəyi ilə bağlı qəti qərarını bildirməlidir.
2022-ci ilin iyun ayından etibarən "Qarabağ"ın formasını geyinən balkanlı legioner hələlik "Dinamo"nun təklifinə cavab verməyib.
© Copyright 2025, All Rights Reserved