Redon Cica qış fasiləsində komandanı tərk edəcəyi ilə bağlı yayılan xəbərləri təsdiqləyib.
90plus.az xəbər verir ki, Albaniyalı hücumçu bu barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.
26 yaşlı forvard Ağdam təmsilçisində az oyun şansı qazandığını bildirib:
"Futbolda heç nəyi əvvəldən bilmək olmur. Bir neçə variantım var, qışda komandanı tərk etsəm, onların arasından ən yaxşısını seçəcəyəm. Hətta Albaniya Superliqasına qayıdışım da mümkündür. Amma bunun üçün bəzi suallara aydınlıq gəlməlidir".
© Copyright 2025, All Rights Reserved