"Qarabağ"ın futbolçusu məşhur siyahıda
"Qarabağ" klubunun futbolçusu Mateus Silva Çempionlar Liqasının son turundakı çıxışı ilə "EA Sports FC 26" oyununda “Football Ultimate Team” rejimində yer alan “UEFA Prime Time” futbolçuları siyahısına daxil edilib.
90plus.az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında dərc olunub.
Sözügedən nominasiya turnirdə ən yaxşı performans sərgiləyən oyunçuların yer aldığı xüsusi seçmə heyətdir.
Mateus Silva son oyunlarda göstərdiyi sabit çıxışı və komandanın müdafiəsindəki mühüm rolu ilə fərqlənib.
Mövzu ilə bağlı “Qarabağ” klubunun saytına danışan Silva qeyd edib ki, əldə olunan bu uğur bütün komandanın birgə səylərinin nəticəsidir:
“‘Ultimate Team’ siyahısına daxil olmağım məni çox sevindirir. Bu nailiyyət komanda yoldaşlarımla birlikdə göstərdiyimiz əzmkar oyunun nəticəsidir”.
© Copyright 2026, All Rights Reserved