"Qarabağ"ın futbolçusu subaylığın daşını atdı

"Qarabağ"ın futbolçusu Redon Cica evlənib.
90plus.az xəbər verir ki, albaniyalı hücumçu Redon Cicanın toy mərasimi onun vətənində keçirilib.
26 yaşlı hücumçu Kristina adlı xanımla nikah masasına oturub.
Qeyd: "Qarabağ" Redon Cicanı 2023-cü ilin yanvarında Albaniyanın "Tirana" klubundan heyətinə cəlb edib. O, geridə qalan mövsümdə Ağdam təmsilçisinin formasını geyindiyi 21 rəsmi qarşılaşmada 5 dəfə fərqlənib.
© Copyright 2025, All Rights Reserved