“Qarabağ”ın legioneri Leandro Andradeyə bir neçə təkliflər var. Onu istəyən komandalar arasında Çin, Qətər, Səudiyyə Ərəbistanı, Rusiya və Türkiyə klubları sıralanır.
90plus.az xəbər verir ki, kabo-verdeli oyunçunun özünə də təkliflər az olmayıb. Lakin Andradenin özü “Qarabağ”dan ayrılmaq niyyətində deyil. O, Ağdam klubunda özünü xoşbəxt hiss etdiyi üçün hələ ki, ayrılmağa müsbət yanaşmır. Leandro ən azından daha bir mövsüm “Qarabağ”da oynamaq istəyir. Məhz ondan sonra 27 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionuna yaxşı transfer məbləği qazandıraraq ölkəmizi tərk etməyi düşünəcək.
2022-ci il yanvarın 13-də “Qarabağ”a keçmiş Andrade 2027-ci il iyunun 30-na qədər bu kluba məxsusdur. “Sportinq”(Lissabon) klubunun yetirməsi olan futbolçu “Olhanense”, “Fatima”, “Çerno More” komandalarında oynayıb.
© Copyright 2024, All Rights Reserved