"Qarabağ"ın futbolçusundan unikal göstərici

Leandro Andrade böyük Avropa futbol turnirlərinin tarixində unikal uğura imza atıb.
90plus.az xəbər verir ki, təcrübəli futbolçu üç fərqli oyunda — “Hakken” (2023-cü il dekabr), FKSB (2025-ci il yanvar) və “Atletik Bilbao”ya qarşı matçlarda — hər birində 1-ci dəqiqədə qol vurmaqla tarixə düşüb.
Bu nəticə ilə Andrade Avropa turnirlərində üç fərqli oyunda ilk dəqiqədə qol vuran ilk futbolçu kimi adını futbol tarixinə yazdırıb.
Dekabr 2023 – “Qarabağ” vs “Hekken” – UEFA Avropa Liqasının qrup mərhələsi.
Yanvar 2025 – “Qarabağ” vs FKSB – UEFA Konfrans Liqasının pley-off mərhələsi.
Oktyabr 2025 – “Qarabağ” vs “Atletik” – UEFA Çempionlar Liqasının Liqa mərhələsi.
© Copyright 2025, All Rights Reserved