"Qarabağ"ın gəncləri "Atletik"ə uduzdu

UEFA Gənclər Liqasının əsas mərhələsində III tur qarşılaşmaları keçirilir.
90plus.az xəbər verir ki, bu gün “Qarabağ”ın U-19 komandası səfərdə “Atletik”lə üz-üzə gəlib. Görüş Bilbao təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan klubu növbəti oyununu noyabrın 5-də Bakıda “Çelsi”yə qarşı keçirəcək.
Qeyd: “Qarabağ” U-19 daha əvvəl “Benfika”ya 1:7, “Kopenhagen”ə isə 0:5 hesabı ilə uduzub.
© Copyright 2025, All Rights Reserved