"Qarabağ"ın əməkdaşı "Yohan Kroyf" İnstitutunun diplomunu oldu

“Qarabağ” klubunun əməkdaşı, əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev nüfuzlu Yohan Kroyf İnstitutunun məzunu olub.
90plus.az xəbər verir ki, o, İdman Menecmenti ixtisası üzrə təhsil alaraq magistr diplomu qazanıb.
2024-cü ilin martında start götürən və 14 moduldan ibarət olan onlayn proqramın sonunda uğurla məzun olanlar Barselonada yerləşən institutda diplomlarını alıblar.
Qeyd: Yohan Kroyf İnstitutu 2024-cü ildə Avropanın idman sahəsində ən yaxşı onlayn təhsil müəssisəsi elan olunub.
© Copyright 2025, All Rights Reserved