"Qarabağ"ın növbəti oyununun biletləri satışa çıxarıldı
Misli Premyer Liqasının 11-ci turunda baş tutacaq “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri satışa təqdim olunur.
90plus.az xəbər verir ki, oyuna bilet satışı 7 noyabr saat 12:00-dan etibarən başlayacaq. Azarkeşlər biletləri iTicket.az platforması üzərindən onlayn şəkildə əldə edə biləcəklər. Matç günü isə biletlər həm onlayn qaydada, həm də “Azersun Arena” stadionunun kassalarından satılacaq.
Bilet qiymətləri sektorların yerləşməsinə görə fərqlənir: qapıarxası və künc sektorlarında yerlər 3 manat, mərkəzi sektorlar 7 manat, VIP zonalar isə 15 manat dəyərindədir.
Qeyd: Stadionun qapıları tamaşaçılar üçün oyunun başlanmasına 120 dəqiqə qalmış açılacaq.
© Copyright 2026, All Rights Reserved