"Qarabağ"ın oyunu metronun iş rejimini dəyişdi

UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Qarabağ”ın sabahkı oyunu ilə bağlı Bakı metropoliteninin fəaliyyətində dəyişiklik ediləcək.
90plus.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC bununla bağlı məlumat yayıb.
Bildirilib ki, “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma ilə əlaqədar metropoliten gücləndirilmiş iş rejiminə keçəcək.
Saat 20:45-də başlayacaq oyuna azarkeş marağı nəzərə alınaraq sərnişinlərin təhlükəsiz və rahat hərəkəti üçün əlavə tədbirlər görüləcək. “Gənclik” stansiyasında nəzarət gücləndiriləcək, əlavə əməkdaşlar cəlb edilərək növbətçilik planı hazırlanacaq.
Eyni zamanda, “28 May” və “Nərimanov” stansiyalarında da ehtiyat tədbirləri həyata keçiriləcək. Sərnişin sıxlığı yaranacağı təqdirdə xəttə əlavə qatarların buraxılması mümkün olacaq.
Ümumilikdə isə həmin gün metronun bütün stansiyalarında qatarlar payız-qış rejiminə uyğun hərəkət edəcək.
© Copyright 2025, All Rights Reserved