"Qarabağ"ın oyununa biletlər satışa çıxarıldı
"Qarabağ" - "Ayaks" oyununun biletləri bu gün 15:00-dan satışdadır.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks” (Niderland) oyununun biletləri 4 dekabr, saat 15:00-dan etibarən satışda olacaq.
Oyun 10 dekabr saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Standart biletlərin qiyməti:
10, 15, 25, 35, 40, 50, 75 AZN
VIP sektorlar: 200, 250, 300 və 400 AZN
VVIP sektorlar: 1000 AZN
© Copyright 2025, All Rights Reserved