“Qarabağ”ın oyununu 5 ay əsir olan hakim idarə edəcək
 
                             
                         
                             
                                UEFA Gənclər Liqasının 4-cü turu xüsusi hekayəyə şahidlik edəcək. “Qarabağ” – “Çelsi” oyununun baş hakimi Dmitri Kubryak sadəcə referi deyil, real döyüş gördüyü üçün həyatda sözün əsl mənasında sınanmış biridir.
90plus.az xəbər verir ki, Ukrayna Futbol Assosiasiyasının məlumatına əsasən, ixtisasca hərbi həkim olan Kubryak Rusiya–Ukrayna müharibəsinə könüllü qatılıb. O, cəbhə xəttində yaralılara yardım göstərərkən rus qüvvələri tərəfindən əsir götürülüb və 5 ay əsirlikdə saxlanılıb. Sonradan əsir mübadiləsi nəticəsində azadlığa çıxıb.
Həyatın ən çətin sınaqlarından keçən bu hakim indi Bakıda futbol idarə edəcək. Onunla birlikdə yan xətlərdə Vitali Skoblya və Aleksandr Korniyko, dördüncü hakim kimi isə azərbaycanlı Fərid Hacıyev çalışacaq.
“Qarabağ” – “Çelsi” qarşılaşması 5 noyabr, 15:00, Azərsun Arena.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved