"Qarabağ"ın qapıçısı da milliyə dəvət alacaq
“Qarabağ”ın qapıçısı Mateuş Koçalski Polşa millisinin qarşıdan gələn təlim-məşq toplanışına dəvət olunacaq.
90plus.az xəbər verir ki, yığmanın baş məşqçisi Yan Urban qolkiperi DÇ-2026-nın seçmə mərhələsinin pley-off oyunları üçün heyətə cəlb etməyi planlaşdırır. Koçalski komandaya çağırılacaq 4 qapıçıdan biri olacaq.
Polşa millisi martın 26-da Albaniya ilə yarımfinal görüşünə çıxacaq. Bu oyunda qələbə qazanacağı halda komanda finalda Ukrayna – İsveç cütünün qalibi ilə qarşılaşacaq.
Həmin həlledici matç isə martın 31-də keçiriləcək.
© Copyright 2026, All Rights Reserved