“Qarabağ”ın qazandığı pul məlum olub
“Qarabağ” “Çelsi” ilə heç-heçədən (2-2) sonra qazancını artırdı.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsində “Çelsi” ilə heç-heçə edən “Qarabağ” 750 min avro qazanıb.
Beləliklə, “Qarabağ” cari mövsümdə Çempionlar Liqasının əsas mərhələsində 4 oyunda 7 xal toplayıb (2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət). Komandanın bu mərhələdəki ümumi gəliri 4,95 milyon avroya (təxminən 9,68 milyon manat) yüksəlib.
Ümumilikdə isə “Qarabağ”ın 2024/25 mövsümündə UEFA turnirlərindən əldə etdiyi qazanc 28,65 milyon avroya (təxminən 56 milyon manat) çatıb.
Qeyd: UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanan hər komanda 23 milyon 700 min avro əldə edir. Hər qələbə üçün 2 milyon 100 min, heç-heçə üçün isə 750 min avro ödəniş nəzərdə tutulub.
© Copyright 2025, All Rights Reserved