"Qarabağ"ın rəqibi bu tur xal itirdi

İspaniya La Liqasında 9-cu turun matçları davam edir.
90plus.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Atletik" səfərdə "Elçe" komandası ilə qarşılaşıb. Görüş heç bir qol vurulmadan – 0:0 hesabı ilə başa çatıb.
9 turun sonunda "Atletik" 14 xal toplayaraq turnir cədvəlində 8-ci sırada yer alır.
Xatırlatma: "Qarabağ" və "Atletik" arasında qarşılaşma oktyabrın 22-də, "San Mames" stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
© Copyright 2025, All Rights Reserved