"Qarabağ"ın rəqibi maaş rekordu qırdı

90plus.az xəbər verir ki, İtaliya çempionu olan "Napoli" klubunun bu mövsüm futbolçular və məşqçilər heyəti üçün ayırdığı maaş büdcəsi klub tarixində bir ilkə imza atıb. “La Gazzetta dello Sport”un məlumatına görə, Neapol təmsilçisi 2025/26 mövsümündə iyul ayına qədər heyətinə ümumilikdə 160 milyon avro maaş ödəyəcək.
Bu rəqəm "Napoli"nin tarixində indiyə qədər gördüyü ən yüksək maaş büdcəsidir. Son bir ildə klubun maaş xərcləri 50 milyon avro artaraq yeni rekorda çatıb.
Maaş büdcəsindəki bu ciddi artım həm yüksək profilli futbolçuların transferi, həm də mövcud oyunçularla müqavilələrin uzadılması ilə əlaqələndirilir.
Yeni transferlər sırasında "Napoli"nin heyətinə qatdığı Kevin De Bruynenin illik 5,5 milyon avro və Rasmus Höylundun 5 milyon avro maaş aldığı bildirilir. Bu da ümumi xərclərin artmasında mühüm rol oynayıb.
Neapollular bu rekorda baxmayaraq, maliyyə sabitliyini qorumağa çalışır və UEFA-nın maliyyə fair play qaydalarına uyğun şəkildə fəaliyyət göstərdiyini vurğulayır.
Qeyd: "Qarabağ" 26 noyabrda səfərdə "Napoli" ilə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved