"Qarabağ"ın rəqibi ulduzunu satır
İngiltərənin "Arsenal" klubu İtaliya millisinin üzvü və "Nyukasl" futbolçusu Sandro Tonalini transfer etmək niyyətindədir.
90plus.az xəbər verir ki, bu məlumatı tanınmış insayder Florian Plettenberq sosial şəbəkədə paylaşmışdır. Onun sözlərinə görə, London klubu yarımmüdafiəçi üçün ilkin təklif göndərsə də, qarşı tərəf bunu qəbul etməyib.
Sandro Tonali 2023-cü ilin yayında "Nyukasl"a keçib. İtaliyalı oyunçu bu mövsüm klub səviyyəsində 35 oyuna çıxıb və 5 məhsuldar ötürmə edib. Onun "Nyukasl"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Xatırlatma: "Nyukasl" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved