"Qarabağ"ın rəqibində ciddi itki
“Napoli”nin əsas yarımmüdafiəçisi Andre-Frank Zambo Anqissa Kamerun millisinin düşərgəsində zədələnib.
90plus.az xəbər verir ki, kamerunlu futbolçu adi məşq zamanı zədə alıb.
Diaqnoz olaraq əzələ dartılması müəyyən edilib, buna görə də Anqissa yaxın zamanda nə klubuna, nə də milli komandaya kömək edə biləcək.
2025/26 mövsümündə A Seriyasında 4 qol vuran Anqissa oktyabrda İtaliya çempionatının ən yaxşı oyunçusu seçilib. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Kamerunlu yarımmüdafiəçi 2021-ci ildən “Napoli”də çıxış edir.
© Copyright 2025, All Rights Reserved