Qasperini Ademola haqda dediklərini “malaladı”

"Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini Lukman haqda dediklərinə fərqli don geyindirmək üçün dil töküb.
90plus.az xəbər verir ki, Çempionlar Liqasının pley-offunda Belçika "Brügge"si (1-3) ilə matçda penaltini uğursuz yerinə yetirən Ademola Lukmanı "ən pis penalti vuran oyunçu" adlandıran Qasperini dediklərini belə "malalayıb":
"Lookman incidi, amma mən heç kimi incitmək istəmədim. O, "Brügge" ilə oyuna fantastik yanaşma ilə daxil oldu, qol vurdu”.
"Əgər o, penaltiləri təkmilləşdirmək üçün məşqə başlasa... müstəsna bacarığı ilə Ademola bizim ilk penaltiçimiz ola bilər".
Qeyd: "Atalanta" azarkeşləri məşq meydançasında Lukmana dəstək pankartı asdılar: "Təşəkkürlər Mola, penalti zərbəsi vurmaqdan qorxma"
Həmçinin oxu: https://www.90plus.az/lukman-gorduyum-n-pis-penalti-vuran-oyunculardandr/xeber/
© Copyright 2025, All Rights Reserved