Qattuzo qəribə xəstəliyə tutulub

İtaliyalı futbol mütəxəssisi Cennaro Qattuzo əziyyət çəkdiyi miasteniya xəstəliyi ilə necə mübarizə aparmasından danışıb.
90plus.az xəbər verir ki, o, ikiligörmədən əziyyət çəkdiyini söyləyib:
"Artıq 4-5 ildir sevdiyim bəzi şeylərdən, məsələn, şərabdan imtina edirəm. Diplopiya (beyin tərəfindən bir obyektin eyni vaxtda iki təsvirinin alınması), yəni ikiligörmə ilə yaşamaq asan deyil. Amma həmişə özümü xəstəlikdən daha güclü hesab etmişəm".
Qeyd: 47 yaşlı Qattuzo futbolçu kimi 2006-cı ildə İtaliya ilə dünya çempionu olub. Məşqçi kimi isə "Napoli"ni çalışdırıb.
📰: VivoAzzurro
© Copyright 2025, All Rights Reserved