Qazaxıstan çempionu bəlli oldu
Futbol üzrə Qazaxıstan Premyer Liqasının 2025-ci il mövsümü başa çatıb.
90plus.az xəbər verir ki, son turda çempion komanda müəyyənləşib.
"Kayrat" doğma meydanda ən yaxın rəqibi "Astana" ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Bu nəticə Rafael Urazbaxtinin komandası üçün çempionluğu təmin edib.
"Astana" 57 xalla ikinci, "Tobol" isə 54 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd: "Kayrat" ardıcıl ikinci, ümumilikdə isə beşinci dəfə Qazaxıstan çempionu adını qazanıb.
© Copyright 2025, All Rights Reserved