“Qəbələ” AFFA-dan çıxan kadrı mətbuat xidmətinə təyin etdi
“Qəbələ” İdman Klubunda kadr dəyişikliyi baş verib.
90plus.az xəbər verir ki, klubun Elnur Məmmədlinin “Qəbələ”nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunduğu barədə rəsmi məlumata verib.
Təcrübəli media mütəxəssisi 2023–2025-ci illər ərzində AFFA-nın mətbuat xidmətinin rəhbəri olub.
Elnur Məmmədli idman jurnalistikasına 1990-cı illərin sonlarında qədəm qoyub. O, indiyədək bir sıra televiziya kanallarında idman şərhçisi kimi çıxış edib, eləcə də müxtəlif qəzet və internet media orqanlarında fəaliyyət göstərib.
© Copyright 2025, All Rights Reserved