"Qəbələ" klubundan dünya çempionatına

Çilidə 20 yaşadək futbolçular arasında dünya çempionatı davam edir.
90plus.az xəbər verir ki, “Qəbələ”nin oyunçusu Salihu Nasiru da bu yarışda iştirak edir.
Nigeriya yığmasının heyətində meydana çıxan futbolçu ilk matçda Norveçə qarşı oynayıb və komandası 0:1 hesabı ilə uduzub. Nasiru start heyətində meydana daxil olub və 78-ci dəqiqədə əvəzlənib.
Xatırlatma: Nigeriya millisi növbəti görüşünü oktyabrın 3-də Səudiyyə Ərəbistanına qarşı keçirəcək.
© Copyright 2025, All Rights Reserved