"Qəbələ" "Kəpəz"i məğlub etdi
Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində “Kəpəz” və “Qəbələ” komandaları üz-üzə gəlib.
90plus.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən qarşılaşma “qırmızı-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Baş hakim Vüqar Həsənlinin idarə etdiyi oyunda hesabı 74-cü dəqiqədə qonaqların futbolçusu İsmael Akinade açıb. Bundan 15 dəqiqə sonra isə Domi Massumo fərqi artıraraq matçın yekun nəticəsini müəyyənləşdirib.
Matçda vurulan qollara bu cümləyə klik edərək keçid edin
Bu qələbədən sonra Kaxaber Sxadadzenin komandası 19 xalla turnir cədvəlində 11-ci pillədə yer alıb. Azər Bağırovun rəhbərlik etdiyi kollektiv isə 21 xalla 10-cu sırada qərarlaşıb.
Qeyd: Turun növbəti görüşündə “Neftçi” səfərdə “Sumqayıt”la qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved