"Qəbələ"nin sabiq futbolçusu Gürcüstan millisinin məşqçisi oldu
"Qəbələ”nin sabiq futbolçusu Nika Kvekveskiri peşəkar karyerasını bitirib.
90plus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi futbolçu karyerasını başa vurduqdan sonra Gürcüstan millisinin məşqçilər korpusuna daxil olub. O, bu barədə milli komandanın mətbuat konfransında məlumat verib.
Qeyd: Nika Kvekveskiri Gürcüstan millisinin heyətində 62 oyun keçirib. O, 2015/2016 mövsümündə ölkəmizdə “İnter”in, 2016/2017 mövsümündə isə “Qəbələ”nin formasını geyinib.
© Copyright 2026, All Rights Reserved