Qismət Alıyev üçün yubiley matçı - 200
“Zirə”nin kapitanı Qismət Alıyev Bakı təmsilçisinin heyətində 200-cü matçına çıxıb.
90plus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubiley oyunu Bizon Azərbaycan Kubokunun 1/4 finalında “Sumqayıt”a qarşı keçirilən cavab görüşünə (2:0) təsadüf edib.
Qəsəbə təmsilçisinin ən çox oyun keçirən futbolçusu olan Alıyev 2020/21 mövsümündən formasını geyindiyi komandada ümumilikdə 15 dəfə fərqlənib. O, Premyer Liqada 166, ölkə kubokunda 22, avrokuboklarda isə 12 qarşılaşmada iştirak edib. Qismət çempionatda 13, avrokuboklarda isə 2 qol müəllifi olub.
Onun “Zirə”də ilk oyunu da “Sumqayıt”a qarşı baş tutub. Alıyev 18 oktyabr 2020-ci ildə Premyer Liqanın səfər matçında (1:2) debüt edib.
© Copyright 2026, All Rights Reserved