Qələbə dadmayan komanda
İngiltərə Premyer Liqasında çıxış edən "Kristal Pelas" bu mövsüm Liqada hələ də qələbə qazana bilməyib.
90plus.az xəbər verir ki, 8 qarşılaşma keçirən komanda 3 bərabərlik, 5 məğlubiyyət əldə edib.
Bu mövsümdən 50 yaşlı avstriyalı mütəxəssis Oliver Qlasnerin çalışdırdığı klub cəmi 5 qol vurub, 11 qol buraxıb.
Qeyd: "Kristal Pelas" keçən mövsümü 10-cu yerdə bitirib.
© Copyright 2026, All Rights Reserved