Qonzalo üçün 10 təklif gəlib, “Real” ulduzunu vermir
 
                             
                         
                             
                                Qonzalo Qarsiya “Klubların Dünya Çempionatı”nın ən böyük kəşfi oldu – “Real Madrid” yeni müqavilə hazırlayır.
90plus.az xəbər verir ki, “Klubların Dünya Çempionatı”nda parlaq çıxışı ilə diqqət çəkən Qonzalo Qarsiya “Real Madrid” rəhbərliyini sevindirib. İspaniyanın Marca nəşrinin yaydığı məlumata görə, turnirdə 5 oyunda 4 qol və 1 assistlə yadda qalan 21 yaşlı hücumçu üçün klub artıq yeni müqavilə üzərində işləyir.
Hazırkı müqaviləsi 2027-ci ildə başa çatan Qonzalonun maaşı artırılacaq və müqavilə müddəti uzadılacaq. Yeni razılaşmaya görə o, əsas komandanın tamhüquqlu üzvü kimi daha yüksək bonuslardan da yararlanacaq.
“Real Madrid” gənc forvardı satmağı planlaşdırmır. “El Chiringuito TV”nin məlumatına görə, kluba Qonzalo üçün indiyə qədər 10 rəsmi təklif gəlib. Lakin baş məşqçi Xabi Alonso futbolçudan razıdır və klub nə icarə, nə də birdəfəlik transfer təkliflərinə baxmağı düşünmür.
İspaniyanın ən parlaq gənc hücumçularından biri hesab edilən Qonzalo Qarsiya “Real Madrid”in yaxın gələcək planlarında önəmli rol oynayacaq.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved