Qordon hamını qabaqladı - "Qarabağ"a 4 qol vurmuşdu
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu bəlli olub.
90plus.az xəbər verir ki, Nyukaslın üzvü Entoni Qordon bu ada layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti açıqlama yayıb.
İngiltərəli cinah oyunçusu UEFA-nın rəsmi saytında azarkeşlər arasında təşkil olunan səsvermədə Dezire Due (PSJ), Patrik Şik (“Bayer”) və Kasper Hoqu (“Budo Qlimt”)u geridə qoyub.
Qeyd edək ki, Entoni Qordonun çıxış etdiyi “Nyukasl” Bakıda "Qarabağ FK"nı 6-1 hesabı ilə məğlub edib və futbolçu həmin görüşdə dörd qola imza atıb.
© Copyright 2026, All Rights Reserved