Qrizmannın “Atletiko” taleyi kubokdam asılıdır
Antuan Qrizmann mövsümü “Atletiko Madrid”də kubokla başa vurmaq istəyir.
90plus.az xəbər verir ki, ən real ssenari onun mövsümün sonuna qədər “Atletiko”da qalmasıdır. Lakin komanda İspaniya Kubokundan (Copa del Rey) kənarlaşdırılarsa, bu, ayrılığı sürətləndirə bilər.
Baş məşqçi Dieqo Simeone onun mövsümün sonuna qədər qalmasını istəyir. Amma yekun qərarı Qrizmann özü verəcək.
🗞️ Marca
© Copyright 2026, All Rights Reserved