Qrizmannın yeni adresi bəlli oldu
“Atletiko”nun hücumçusu Antuan Qrizmann karyerasını ABŞ-da davam etdirməyə yaxınlaşıb.
90plus.az xəbər verir ki, “Orlando Siti” fransız oyunçu üçün danışıqlara başlayıb.
MLS komandası transferi gələn ayın 26-dək tamamlamayı planlaşdırır. 34 yaşlı futbolçu özü də “Orlando Siti”yə keçidə müsbət baxır.
Bu mövsüm Qrizmann “Atletiko”da 35 oyunda 12 qol vurub. Onun Madrid klubu ilə müqaviləsi isə 2027-ci il iyunun 30-dək qüvvədədir.
© Copyright 2026, All Rights Reserved