"Quba"nın futbolçusu mükafatlandırıldı
II Liqada “Ayın qolu” layihəsi çərçivəsində "Quba" futbol klubunun üzvü Ramin Məhərrəmov mükafatlandırılıb.
90plus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti açıqlama yayıb.
Dekabr ayının ən yaxşı qolunun müəllifinə mükafat XVI turun "Quba" – “Kür-Araz” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev tərəfindən təqdim olunub.
© Copyright 2026, All Rights Reserved