Qunner Sulşer “Man Yunayted”ə qayıda bilər
Ole Qunnar Sulşer “Mançester Yunayted”ə qayıda bilər – müvəqqəti baş məşqçi variantı gündəmdədir.
90plus.az xəbər verir ki, “Mançester Yunayted” rəhbərliyi Ruben Amorimlə yolların ayrılmasından sonra müvəqqəti baş məşqçi təyinatı üzərində düşünür. Rich Fayin məlumatına görə, klubun sabiq çalışdırıcısı Ole Qunnar Sulşer gözlənilməz şəkildə “Old Trafford”a qayıtmağa müsbət yanaşır.
Hazırda işsiz olan norveçli mütəxəssis avqust ayında Türkiyənin “Beşiktaş” klubundan ayrıldıqdan sonra heç bir komandada çalışmayıb. Əgər bu dönüş reallaşarsa, Sulşer üçün bu, 2021-ci ilin noyabrından sonra məşqçiliyə ilk qayıdış olacaq. Xatırlatma: O vaxt “Mançester Yunayted” Premyer Liqada 7-ci pillədə qərarlaşmış, lider “Çelsi”dən 12 xal geri qalmışdı və son 7 liqa oyununda cəmi 1 qələbə qazanmışdı.
Müvəqqəti baş məşqçi postu üçün digər namizəd isə Maykl Kerrikdir. O, Sulşerin gedişindən sonra 2021-ci ildə qısa müddətlik bu vəzifəni icra etmişdi. Klub rəhbərliyi
Daimi baş məşqçinin isə yalnız mövsümün sonunda müəyyənləşdirilməsi gözlənilir.
Mövzu ilə bağlı Fabrizio Romano da münasibət bildirib. Jurnalistin sözlərinə görə, Ole Qunnar Sulşer “Mançester Yunayted”ə müvəqqəti əsaslarla qayıtmağa daha artıq dərəcədə açıqdır və klub kömək istəsə, buna məmnuniyyətlə razı olar. Lakin hələlik rəsmi qərar verilməyib.
Hazırda “Mançester Yunayted” daxilində müzakirələr davam edir və klub Ruben Amorimin gedişindən sonra atılacaq növbəti addımları dəyərləndirir.
Mənbə: Rich Fay, Fabrizio Romano
© Copyright 2026, All Rights Reserved