Qurban Qurbanov: "Az büdcə ilə qələbə daha dadlı olur"
"Qarabağ" - "Çelsi" oyunundan əvvəl Qurban Qurbanov və Elvin Cəfərquliyev danışdı.
90plus.az mətbuat konfransında fikirləri təqdim edir:
"Çox şərəfli, maraqlı oyun gözləyir bizi. Çox böyük tarixi olan kluba qarşı oynayacağıq. Belə komandaların Bakıya gəlməsi azarkeşlər üçün stimuldur. Azərbaycanda sevilməsi üçün əlavə stimuldur. Pis hazirlaşmamışıq. Mübariz oyun göstərmək istəyirik. futbolçulara inanıram".
"Çelsi"nin məşqə çıxmaması, oyun günü gəlməsi nə dərəcədə önəmlidir "Qarabağ" üçün?" sualına Qurban Qurbanovdan cavab:
İnanmıram ki, böyük klublara bu təsir etsin. Tək bura üçün yox, həmişə olur belə şeylər. O komandalar üçün meydana çıxmaq problem olmur. Bizim də belə hallar olub. Buna bənzər proqramda getmişik. Elə də əlavə bir stimul deyil. Saat fərqinə görə olub. Bu ciddiyətin göstəricisidir. Bunu nəzərə alıb rahatçılıq olmamalıdır.
Bəzi əsas oyunçular gəlməyəcək. Bununun üstünlükləri haqqında:
"Belə böyük komandaların bir iki oyuncularını müzakirə etmək olmaz. Burda biri yoxdur, ikisi var, ikisi yoxdur, 4ü var. Heyətləri genişdir. Bir iki oyunçu olmadıqda problem olmur. Əksinə başqa oyunçular daha aktiv olurlar."
İlk ingilis klubunu yenmək hissi:
"Bir daha xoş gəlmisiz. Belə böyük komandalar qarşı qələbə önəmlidir. Bu gün kiçik futbol ölkəsi kimi tanınırıq. Belə böyük futbol ölkəsinə qarşı udmaq bizim üçün əlavə stimuldur.
Premyer liqa bütün dünyanı üstələyir. Belə ölkənin komandalarına qarşı məğlub olsaq da, inamlı olmalıyıq. İnamlı mübarizə aparmalıyıq. Onların Bakıya gəlməsi, onsuz qalibiyyət sayılır, onları udsaq əlavə keyf olar".
"2017-lə müqayisədə inkişaf varmı" sualına cavab:
"Siz də xoş gəlmisiz. Ümumiyyətcə 2017-ci ilnən bu ili müqayisə etsək ümumi futbol inkişaf edib. O vaxt da klublar arasında fərq çox idi indi daha da artıb bu fərq. Biz onlardan bəlkə zəif idik, bu gün təcrübəmiz çoxalıb. İngiltərədə, Premyer liqada futbol çox inkişaf edib. Bu gün biz çox inkişaf etmişik, "Çelsi" daha çox inkişaf edib".
Heyəti Qurban Qurbanov hələ müəyyənləşdirməyib:
"Təxmini müəyyənləşib, kiçik sual var".
Qışda ilk 24-lüyə düşsəz, hücumçu transfer edəcəksinizmi sualına da cavab verdi:
"Hücumçu axtarışındayıq. Düşdük, ya düşmədik fərq eləməz. Transfer siyasətimizin nəticəmizə aidiyyatı yoxdur."
Türkiyədən gələn "Zpor" müxbiri: Türkiyədə bir futbolçuya verilən pulnan komanda qurursuz necə bacarırsınız?
"Xoş gəlmisən kardeş. Mən klubumuzu Türkiyə klubları ilə müqayisə etmirəm. Mən heç vaxtı düşünməmişəm ki, biz az xərcləyirik onlar çox xərcləyirlər. Az pulnan çox uğur qazananda daha dadlı olur".
Qarabazar haqqında:
Mənim heç bir məlumatım yoxdur, mən görmədiyim bilmədiyim heç nəyə münasibət bildirmək istəmirəm. Klub tərəfindən orqanlar tərəfindən nəzarət olunur".