Qurban Qurbanov: "Biz də insanıq, əsəbləşə bilərik"
 
                             
                         
                             
                                “Araz 1 - 0 Qarabağ” oyunundan sonra Qurban Qurbanov əsəbləşdiyi məqama aydınlıq gətirdi.
Xəbər verdiyimiz kimi, Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə "Araz"a məğlub olub. Görüş zamanı qonaqların qapısına penaltı təyin olundu və buna Qurban Qurbanov çox əsəbləşdi və planşeti sındırdı:
VİDEO: https://t.me/doxsanplus/100593
Azərbaycanlı mütəxəssis bu məsələ barədə oyunsonrası açıqlama verib:
“Mən dəfələrlə məğlub olmuşam və özümü də normal aparmışam. İnsanıq, aqressiya olur. Ola bilər ki, penalti zərbəsi idi və biz yanılırıq. Buna bir şey demirəm. Sadəcə bizə gəlib ümumi hər şeyi başa salanda deyirlər ki, penalti kosmosdan görünməlidir. Mən istəyirəm ki, oyun daha dinamik keçsin, daha mübarizəli olsun. Amma pauzalar çox oldu. Ola bilər, hakim də öz ritmini itirir.
Yerli komandalara məğlubiyyət
O ki qaldı yerli komandalara məğlubiyyəti qəbul edə bilmədiyimə, əksinədir. Mən çox istəyirəm ki, hər bir komanda “Qarabağ”a qalib gəlsin, klubların rəhbərliyində futbola sevgi çox olsun, maraq böyüsün”.
Aqressiv hərəkətlər
“Aqressiyaya qaldıqda, biz də insanıq. Ömürboyu sakit ola bilmərik. Normal bir epizoddur. Penalti epizodunu da dedim. Ona görə planşeti vurdum”.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved