Qurban Qurbanov: “Biz hazırıq”
Qurban Qurbanov: “Şkendiya ilə görüşdə sona qədər döyüşməliyik".
90plus.az xəbər verir ki, Çempionlar Liqasının III təsnifat mərhələsində Şkendiya” – “Qarabağ” qarşılaşması öncəsi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.
Təcrübəli çalışdırıcı qarşıdakı dueli ciddi sınaq adlandıraraq, futbolçuların sona qədər mübarizə aparmasının vacibliyini vurğulayıb:
🔊 “Çətin oyunun bizi gözlədiyini bilirik. Futbolçularımızın meydanda xarakter göstərməsi və hər dəqiqədə sona qədər savaşması vacib olacaq. Rəqibi analiz etmişik, hazırıq və məqsədimiz mərhələ keçməkdir”, – deyə Qurbanov bildirib.
İlk oyun 5 avqustda Skopyedə, cavab qarşılaşması isə 12 avqustda Bakıda baş tutacaq.
© Copyright 2025, All Rights Reserved