Qurban Qurbanov biznesə başladı

Qurban Qurbanov idman biznesinə başladı.
90plus.az xəbər verir ki, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov idman sahəsində yeni biznes fəaliyyətinə start verib. Təcrübəli mütəxəssis idman geyimlərinin topdan satışı ilə məşğul olacaq şirkət yaradıb.
Yeni şirkət dünyaca məşhur “Adidas”, “Joma” və “Jako” markalarının Azərbaycandakı rəsmi distribütoru kimi fəaliyyət göstərir. Artıq bir neçə yerli klub — “Zirə”, “Turan Tovuz” və “Şəfa” Qurban Qurbanovun şirkəti ilə əməkdaşlığa başlayıb.
Bir müddət əvvəl mətbuatda Qurban Qurbanovun “Şəfa” klubuna geyim jesti etdiyi iddia olunmuşdu. Lakin sonradan məlum olub ki, klub baş məşqçinin şirkətindən “Jako” formaları sifariş edib, lakin təhvil prosesi gecikdiyi üçün müvəqqəti olaraq anbardakı “Adidas” geyimləri ilə təmin olunub.
Bu addım Qurban Qurbanovun futbol karyerası ilə yanaşı, biznes istiqamətində də yeni səhifə açdığını göstərir.
© Copyright 2025, All Rights Reserved