Qurban Qurbanov: “Böyük qələbə qazandıq”

Qurban Qurbanov: “Futbolçulara dedim ki, bu oyundan həzz almalıyıq”.
90plus.az xəbər verir ki, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində “Benfika” üzərində qazanılan tarixi qələbəni dəyərləndirib.
Təcrübəli mütəxəssis oyunla bağlı bunları deyib:
“Futbolçularımı təbrik edirəm. Yaxşı oyunla yaxşı qələbə qazandıq. Bu oyunda məğlub da ola bilərdik. Oyuna kimi üstünlük rəqib tərəfdə idi. İlk hissənin əvvəllərində iki top geridə qaldıq və oyunu çevirmək asan görünmürdü.
Futbolçularımdakı inam və sınmamaq, oyundan çıxmamaq, vurduğumuz ilk qol bizə qələbə qazanmağa kömək etdi. “Benfika”nın bizdən zəif olduğunu demək olmaz. Onlar topla yaxşı davranır, ağıllı futbol oynayır. Sadəcə bu gün futbolçularım daha çox əziyyət çəkdi, istəkli oldu.
Böyük qələbə qazandıq. Bu, Azərbaycan futbolu tarixində, klub tarixində Çempionlar Liqasında ilk qələbəmizdir. Oyunçularımı, azərbaycanlıları təbrik edirəm. “Benfika”ya qarşıdakı oyunda uğurlar arzu edirəm”.
Xatırlatma: “Qarabağ” bu qələbə ilə Azərbaycan futbolu tarixində Çempionlar Liqasının qrup mərhələsində ilk dəfə üç xal qazanıb.
Qələbə sayəsində UEFA-dan 2.1 milyon avro bonus gələcək.
Azərbaycan UEFA reytinqində xallarını artıraraq 25-ci sıraya yüksəldi.
© Copyright 2025, All Rights Reserved