Qurban Qurbanov Çempionlar Liqası topunu Allahverdi Bağırovun məzarına apardı
Qurban Qurbanovdan mənalı jest: Çempionlar Liqasının simvolunu Allahverdi Bağırovun məzarına apardı.
90plus.az xəbər verir ki, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mövsümün başa çatmasından sonra Ağdama səfər edərək klubun tarixində silinməz iz qoymuş Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xatirəsini yad edib.
Təcrübəli mütəxəssis ziyarət zamanı xüsusi məna daşıyan addımı ilə diqqət çəkib. Qurbanov “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı mübarizəsini simvolizə edən topu və klub şərfini Allahverdi Bağırovun məzarı üzərinə qoyaraq ona ehtiramını ifadə edib.
Ağdam futbolunun formalaşmasında və yaşadılmasında mühüm xidmətləri olan Allahverdi Bağırov təkcə Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi qəhrəmanlıqla deyil, həm də “Qarabağ” klubuna verdiyi dəstəklə yaddaşlarda qalıb. Klubun ən çətin dövrlərində onun yanında olan Milli Qəhrəman Ağdam futbolunun qorunub saxlanılmasında mühüm rol oynayıb.
© Copyright 2026, All Rights Reserved