Qurban Qurbanov: “Hər iki komandanın gücü eynidir”
Qurban Qurbanov Çempionlar Liqasının pley-off püşkünü dəyərləndirib.
90plus.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçiriləcək oyunlarla bağlı fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis püşkü komandası üçün ciddi sınaq kimi qiymətləndirib:
“Püşkün komandamıza və azarkeşlərimizə xeyirli və uğurlu olmasını diləyirəm. Hər mərhələ keçdikdən sonra daha ciddi rəqiblərlə qarşılaşırıq. ‘Nyukasl’ liqa mərhələsinin son turunda PSJ ilə 1:1 hesablı heç-heçə edib. Ona görə də demək olar ki, hər iki komandanın gücü təxminən eynidir.
Həmişə Premyer Liqa klubuna qarşı oynamaq əlavə güc tələb edir. Çox ciddi rəqibdir. Çalışacağıq ki, yaxşı oyun göstərək, yaxşı hazırlaşaq. Çünki İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatıdır. Burada komandalar arasında o qədər də ciddi fərq olmur. Hər komanda bir-birinə qalib gələ bilər. Hər görüşdə 3–4 qol da görmək mümkündür”.
Qeyd: “Qarabağ”la “Nyukasl” arasında ilk oyun fevralın 18-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cavab qarşılaşması isə fevralın 24-də gecəyarı saat 00:00-da “St James’ Park” stadionunda baş tutacaq.
© Copyright 2026, All Rights Reserved