Qurban Qurbanov “Napoli” ilə oyundan danışdı
“Qarabağ” “Napoli” ilə oyuna hazırdır: Qurban Qurbanov danışdı.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində sabah baş tutacaq “Napoli” – “Qarabağ” görüşü öncəsi Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb.
Qurbanov İtaliya təmsilçisinin qarşılaşmaya maksimal ciddiyyətlə hazırlaşdığını vurğulayıb:
“Rəqib çox böyük tarixə malik komandadır. Antonio Konte kimi yüksək səviyyəli məşqçinin rəhbərliyi altında oynayacaqlar. Onu yaxşı tanıyıram və hörmət edirəm. “Napoli” turnir cədvəlində vəziyyətini yaxşılaşdırmağa çalışacaq, bu səbəbdən bizimlə oyuna xüsusi önəm verirlər.”
Mütəxəssis komandasının matça yaxşı hazırlaşdığını bildirib:
“Pis hazırlaşmamışıq. İstəyimiz sona qədər layiqli mübarizə aparmaqdır. Rəqibin təcrübəsi böyükdür, amma biz də öz oyunumuzu sərgiləməyə çalışacağıq.”
“Qarabağ” sabahkı görüşdə qrupdan çıxmaq yolunda ən vacib matçlarından birinə çıxacaq.
ℹ️ “Napoli” – “Qarabağ” qarşılaşması sabah - noyabrın 25-də “Stadio Diego Armando Maradona”da, saat 00:00-da start götürəcək. İctimai TV ilə canlı yayımlanacaq.
© Copyright 2025, All Rights Reserved