Qurban Qurbanov: “Üstün olan rəqibdir, dözməyə çalışacağıq”
Qurban Qurbanov: “Üstünlük rəqib tərəfdədir, amma dözümlü olmağa çalışacağıq”.
90plus.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində “Atletik”lə qarşılaşma öncəsi hava limanında jurnalistlərin suallarını cavablandırıb.
Təcrübəli mütəxəssis rəqibin gücünə hörmətlə yanaşdığını, lakin komandasının sona qədər mübarizə aparacağını bildirib:
“Üstünlük bəlkə də rəqib tərəfdədir. Amma biz sona qədər dözümlü olmağa çalışacağıq. Oyunun dinamikası çox yüksək olacaq, hər iki tərəf üçün vacib görüşdür. Ən doğrusunu edib yaxşı nəticə ilə qayıtmağa çalışacağıq.”
“Qarabağ” artıq İspaniyaya yollanıb və qarşılaşmaya hazırlıqlarını orada davam etdirəcək.
Qeyd: Çempionlar Liqası, 3-cü tur; 22 oktyabr, saat 20:45 - “Atletik” – “Qarabağ”.
© Copyright 2025, All Rights Reserved