Qvardiola karyerasına fasilə verəcək

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola məşqçilik fəaliyyətinə fasilə verməyi planlayıb-planlamadığı ilə bağlı suallara cavab verib.
90plus.az xəbər verir ki, mütəxəssis hazırda işinə davam etdiyini, lakin 2035-ci ildə məşqçilikdən ara verməyi düşündüyünü bildirib:
“Yəqin ki, belə bir qərarı yalnız 2035-ci ildə düşünərəm. Uzun müddət eyni işi görəndə hər şey tədricən dəyişir. Bu, normal və təbii haldır. Klub, oyunçular və məşqçilər də bu dəyişiklikləri hiss edir.
İndi artıq əvvəllərki kimi deyilik. Bunun səbəbləri çoxdur. Klub rəhbərliyi ilə münasibətlərim yaxşıdır. Amma məsələ yalnız məndən ibarət deyil. Bir çox insanlar, o cümlədən bəzi işçilərim komandadan ayrılıb.
Hər kəsin öz məqsədləri və baxışları var. Ancaq hələlik mən buradayam, işimə davam edirəm. Gələcəkdə nə olacağını isə zaman göstərəcək.”
Qeyd: Xosep Qvardiola 2016-cı ildən bəri "Mançester Siti"nin baş məşqçisidir.
© Copyright 2025, All Rights Reserved